Sabahattin Ali
Sabahattin Ali

"Dünyada mənə heç bir şey təbiətən qəmgin bir insanın zorla gülümsəməyə çalışması qədər acı görünməmişdi."

Sabahattin Ali
Sabahattin Ali

Dünyada sizə, bütün kişilərə həddən artıq nifrət bəsləməyimin səbəbi var. Bunu bilmək istəyirsinizsə, eşidin:
adamdan hər şey tələb etdiklərinə görə, həm də bunu çox təbii hesab etdiklərinə görə... Məni düz başa düşün...Ola bilər, onlar nə istədiklərini sözlə ifadə etməsinlər...Kişilərin elə baxışları, təbəssümləri, xülasə

qadınlarla elə rəftarları var ki...onlar özlərinə o qədər güvənir, həm də o qədər axmaqcasına güvənirlər ki, bunu ancaq kor adam görməyə bilər... Onların nə qədər qürurlu olduqlarını görmək heç də çətin deyil. Bunun üçün onların tələbləri, istəkləri hər hansı bir şəkildə rədd edildikdə, düşdükləri vəziyyətə baxmaq, özlərini necə

itirdiklərini görmək kifayətdir. Onlar özlərini həmişə bir ovçu, biz qadınları isə aciz bir heyvan kimi təsəvvür etməkdən çəkinmirlər. Elə hesab edirlər ki, bizim vəzifəmiz onlara müti bir şəkildə itaət etməkdən, hər nə istəyirlərsə onu yerinə yetirməkdən ibarətdir...Öz barələrində isə belə fikirləşirlər: bizdən heç nə tələb etmək olmaz, bir

şey istəsələr də vermərik...Mən kişilərin bu axmaq qüruruna etinasız baxa bilmirəm. Başa düşürsünüz?

Robin Sharma
Robin Sharma

Həyatımın hər keçən ilində mən daha da əmin oluram ki, həyatımızın boş yerə sərf olunmasının səbəbi, vermədiyimiz sevginin, istifadə etmədiyimiz gücün, heç bir şeydə riskə girməyən xudbin tədbirlilik və ağrı-acıdan qaçaraq canımızı qurtararkən yan keçdiyimiz xoşbəxtliyin altında yatır. Uzunmüddətli zaman perspektivində  heç kim heç vaxt

həyatında heç olmasa bir dəfə "yüyəni uzunluğunun imkan verdiyi qədər sərbəst buraxan" insandan daha kasıb ola bilməz..

Məhəmməd Turan
Məhəmməd Turan

İslamda insanın həyatı o qədər yüksək qiymətləndirilir ki, günahsız bir insanı öldürmək hamını öldürməyə, bir insana həyat vermək bütün xalqa həyat verməyə bərabər tutulur.

Leonid Grossman
Leonid Grossman

"Hərgah biz sənətin ən çox azadlığını istəyiriksə, məhz ona inanırıq ki, bu sənət öz inkişafında nə qədər azad olsa, insan mənafeyinə bir o qədər faydalı olar. Sənətə məqsəd və rəğbətlər məsləhəti vermək olmaz."

Ramil Ahmet
Ramil Ahmet

Tanrı kimisən, sevgili;
hər yerdə varsan,
heç yerdə görünmürsən.

Bu gecə ağrı ensiklopediyasıyam
A-dan Z-yə qədər.
Sənsiz gözlərim
darıxmağın qapı qonşusu,
belim sual işarəsi,
əllərim...
əllərim, sevgilim,
qurğuşun kimi ağırlaşır birdən.
Məni gecə tutur, gecə.

Qədim bir müalicə

üsulu ilə
yatmağa çalışıram;
məndən sənə qədər sayıram,
mən bir, sən bir...
mən bir, sən iki...
mən bir, sən doxsan...
sən ç-o-o-o-o-oooooooo
ooooooooooooooxalırsan,
çoxalırsan içimdə, sevgili,
mənsə həmişə tək qalıram.
Mənsə həmişə tək qalıram;
Gecələri yuxudamı gəzirəm?
Adınımı

sayıqlayıram?
“Su” deyib qışqırırammı?
Bilmirəm,
bilmirsən,
bilmirlər və
bilməyəcəklər.

Əllərim axtarışa çıxmış bədənimdə,
canımdakı ağrını tapmağa...

Hardasan?

Əllərim...
əllərim, sevgilim,
qurğuşun kimi ağırlaşır birdən...
Məni gecə tutur, gecə.

Ramil Ahmet
Ramil Ahmet

Bu qədər sevgilərin içində
kiminsə sevgisi itkin düşüb elə bil.
Bu qədər səsin içində
hansısa doğma bir səs yox,
bu qədər adamın arasında kimsə çatmır.
Əslində,
bu qədər sevgilər, səslər, adamlar artıqdı.
İndi bizə lazım olan sevginin, səsin, adamın sonuncu parçasıdı.
Və xoşbəxtliyə bircə hərf çatmır – o...

Təbriz Hacıyev
Təbriz Hacıyev

Şizoid və imic - bir-birinə o qədər də uyğun olmayan iki kəlimədir. Onların qarderobunda cibi çox olan gödəkçələr, boş geniş şalvarlar üstünlük təşkil edir. Hər zaman köhnə geyimlərə üstünlük verən şizoid düyməsi qopmuş, rəngi solmuş geyimi rahatlıqla geyinə bilər. Bütövlükdə onlar geyimə laqeyd yanaşır və illərin dəbindən geri qalır.

Elmə, biliyə üstünlük verən intellektual şizoid isə hər hansı bir brend ayaqqabıya və ya bahalı aksessuara pul xərcləməkdənsə, şkafın rəfini kitablarla doldurmağı daha önəmli sayacaq.

Nazim Əliyev
Nazim Əliyev

Küçədə gəzdiyi yerdə, bir oğru tərəfindən çantası oğurlanan, bıçaq xəsarəti alan, ölümlə üz-üzə gələn adamlar yıxılmır. Yaşadıqlarını danışan, dərdini bölüşən, şəxsi qalasına əcnəbi insanları alan, birisinə ölümün reallığı qədər güvənən insanlar, onlardan mənfi hərəkət gördükdə yıxılır. İnsan evini insan yıxır və ən

dəhşətlisi odur ki, həmin insan özüdür.

Möhsün Nəsiri
Möhsün Nəsiri

Bacardığın qədər öz sirrini öz yarından gizli saxla,
Ona görə ki, gördüyün hər yarın özünün də dostları var.