Robin Sharma
Robin Sharma

Həyatımın hər keçən ilində mən daha da əmin oluram ki, həyatımızın boş yerə sərf olunmasının səbəbi, vermədiyimiz sevginin, istifadə etmədiyimiz gücün, heç bir şeydə riskə girməyən xudbin tədbirlilik və ağrı-acıdan qaçaraq canımızı qurtararkən yan keçdiyimiz xoşbəxtliyin altında yatır. Uzunmüddətli zaman perspektivində  heç kim heç vaxt

həyatında heç olmasa bir dəfə "yüyəni uzunluğunun imkan verdiyi qədər sərbəst buraxan" insandan daha kasıb ola bilməz..

Robin Sharma
Robin Sharma

Həyatın hər bir anından zövq alaraq...Çünki həyat daimi deyil, çox tezliklə sona çatacaq.Biz nə baş verdiyini dərk etməyə macal tapmamış, torpağın altında olacağıq və yağış damcılarını öz üzümüzdə hiss etmək, ya da öz uşaqlarımızın necə gülüşdüklərinə tamaşa etmək, yaxud da günəşin doğmasına baxmaq kimi təbii hesab etdiyimiz bütün o sadə

zövq və ləzzətlər keçmişdə qalacaq. Sizə bir şey deyəcəyəm: adətən iyirmi, otuz və qırx yaşlarında bizim ən çox dəyər verdiyimiz şeylər həyatımızın sonunda ən az dəyərə malik şeylərə çevrilir. Dərin insani münasibətlər, təsadüfi xeyirxah əməllər, əla fiziki formada olmaq, özümüzü öz işimizdə mükəmməliyə həsr etmək, özümüzdən sonra bir

irs qoyub getmək, daxilimizdəki ən yaxşı şeyin bərq vurması üçün hər gün öz üzərimizdə işləmək üçün vaxt ayırmaq kimi, hal- hazırda bizim aramızda insanların böyük əksəriyyətininən az dəyər verdiyi şeylərin sonunda ən dəyərli olduğu özünü biruzə verəcək. Ölüm yatağında olanda bizlərdən heç kim öz bank hesablarında daha çox pul olmasını, ya

da evinin önündə daha böyük maşınının durmasını arzulamır. Bunun əksinə, biz son nəfəslərimizi çəkərkən arzulayırıq ki, kaş yaşadığımız həyat CƏSARƏT, HƏQİQƏT və SEVGİ dolu olaydı..

Vaqif Buduqlu
Vaqif Buduqlu

Şərq ölkələrinin sikkə zərbi, xütbҽ oxunuşu və fərmanların verilməsi kimi
səltənət simvollarına malik olmayan, öz müstҽqilliyini elan etməyib Hülakü
şahzadələrini hökmdar (padşah, elxan, sultan) adı ilə saxlayan, Hülakülər
zamanında mövcud olan dövlət quruluşuna müvafiq hərəkət edən və qonşu
dövlətlər tərəfindən müstəqil

dövlət kimi rəsmi surətdə tanınmayan bir feodal
qrupu tam hüquqlu, müstəqil dövlət hesab oluna bilmҽz.

Məhəmməd Turan
Məhəmməd Turan

Hər şeyi gözəl yaratmış Allah, faciələr törətmir və bütün fəlakətlər bəşəriyyətin azğınlığından doğur.

Leonid Grossman
Leonid Grossman

O, müharibəni qəhrəmancasına müdafiədə və hərbi vuruşmalarda deyil, döyüşlərin sıradan çıxardığı, şikəst etdiyi qurbanlar arasında müşahidə edirdi.
Müharibə qurtaranda onun cəmi otuz yaşı var idi. Lakin o, fərəh və şadlığını həmişəlik olaraq itirmişdi, heç vaxt üzü gülmürdü.

Leonid Grossman
Leonid Grossman

Dostoyevski otuz il keçəndən sonra, görünür, həyatında baş vermiş bu faciəli anları xatırlayaraq öz qaralama dəftərlərində yazmışdı: "Bu həbsxanaya hələ heç bir vaxt bundan daha dolğun ümidlə, həyat eşqi və inamla yaşayan bir insan ayaq basmamışdı."

Leonid Grossman
Leonid Grossman

1506-cı ildə Pina və Yatsolda çayları arasındakı Pinsk əyalətində olan Dostoyevo kəndi fərmanla onlara bəxş edilmişdi; bundan sonra həmin adamlar öz torpaq malikanələrinin adı ilə Dostoyevskilər adlanmağa başladılar.

Leonid Grossman
Leonid Grossman

Onun daxilində hələ bir şey qaynayırdı. Bir neçə ildən sonra güclü psixoloji avtobioqrafizm əlamətləri əks olunan "Bəyaz gecələr" hekayəsində ədib, mühakimələrində həqiqi fikir və söz ustadı duyulan yalqız xəyalpərəsti təsvir edəcəkdi. Bu adsız-sansız şair vəzifəsinin dərin faciəsini başa düşürdü. Bilirdi ki, onu əhatə edən mühitdən bir romantik

kimi ayrılacaq, hədsiz idealizm onu fəlakətə uğradacaq yalqızlıq və tənhalığa məruz qalacaq, şəxsi səadətindən əl çəkməli olacaq, ümidverici xəyalları puça çıxacaq.

Leonid Grossman
Leonid Grossman

Ədib 1849-cu il dekabrın 22-də edam kürsüsündən qayıdandan sonra qardaşına yazmışdı: "Bəlkə, bir zaman... biz öz gəncliyimizi və ümidlərimizi xatırlayacağıq; mən bu an o ümidləri ürəyimdən qan axıda-axıda çıxarıb atır, onları dəfn edirəm."

Leonid Grossman
Leonid Grossman

Yazıçı bu əqidədə idi ki, bəşər tarixində Rusiyanın öz missiyası var və o, gələcəkdə bir çox xalqların taleyini həll etmək hüququna malikdir.