Müharibədə ayağını,
qolunu
itirmiş kişilərdən
qorxub qaçardıq həmişə...
Hərdən yuxuma girirdi Qədim kişinin itkin əlləri,
tutub boğurdu məni.
Böyük uşaqlar
ölümün nə demək olduğunu bildiyindən
başa düşürdülər atalarının öldüyünü. Analarından gizlədərdilər küçədə döyüldüklərini.
Taxtadan tapança düzəldərdilər atalarının qisasını almağa...
Canavarlar Qarabağda qaldı,
hərə əlində bir ovuc torpaq,
ağzında bir qurtum su,
ciyərlərində bir udum hava
gətirdi ordan.
Sözlü qızlar sevgilərini qaçaqaçda
salıb itirdilər.
Hər şəhid bir ananın ümidiydi,
məryəm qızların toppuş
çocuqlarının atasıydı...
Hər evə böyüdülmüş bir əsgər şəkli qaldı
və qızlar bu şəkillərə baxıb doğdular...
Bu şəkil çocuqlar öz atalarının ögey balalarıydı...
Nə qonşulardan bir havar vardı,
nə qohumlardan.
Neçə gündü tifilləri ac qalan dul Sürəyya pəncərə önündə çarmıxa çəkilmişdi,
yardım
maşınını gözləyirdi...
Qurdlu ciyər,
qaralmış ət,
iylənmiş ürək satan qəssab Qulam deyirdi: “Bu üç yetimi necə dolandırır,
bəlkə, ürəyini satır, xəbərimiz yoxdu?..."
Balaca qızcığaz gizlənqaç oynayırdı ki, gözlərini açanda atasını tapsın...
Sürəyya deyirdi:
“Boyu uzun buray qızım,
saçı uzun suray
qızım,
üç gecə yatandan sonra atan gələcək."
O üç gün gəlib çıxmadı –
qızcığaz saymağı bacarmırdı…
"Dünyanın işinə bax. 1795-ci ildə Ağa Məhəmməd şah Qacar 80 minlik qoşunla Şuşanı ala bilmədi. Yalnız iki ildən sonra İbrahimxəlil xanın xəyanəti nəticəsində şəhəri ələ keçirə bildi, onda da gecə ilə başı kəsildi. Amma bir cüt dığa şahın iki ildə yenə bilmədiyi Şuşanı vur-tut cəmi iki saata işğal etdi. Belə olmamalı idi..."
Fitnə gecə kimi qaranlıqdır. Biz bir-birimizi silkələməliyik; itələməli deyilik...
Bu lənət gecələr çox səssiz keçirdi. Bir zamanlar çox sevdiyi o gecə səssizliklərinə indi nifrət edirdi. Gecə gözəldir, gecə səssizdir deyirdi bir vaxtlar, ancaq artıq səssizlikdən qaçırdı. Çünki gecənin səssizliyi, beyninin və fikirlərinin gurultusu ilə əvəz olunurdu.
Hər gecə qışqıraraq oyanan insanlar. Və ya, daha da betəri, qışqırıb amma oyana bilməyən insanlar. Oyanmaq üçün can atan insanlar. Şüuraltılarında cəhənnəm əzabı kimi kabuslar yatan insanlar var.
148) Hər kəsin üz tutduğu bir qibləsi vardır. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Harada olursunuz olun Allah sizin hamınızı bir yerə toplayacaqdır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.
152) Siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Mənə küfr etməyin!
153) Ey iman gətirənlər! Səbir etmək və namaz qılmaqla
Allahdan kömək diləyin. Həqiqətən, Allah səbir edənlərlədir!
154) Allah yolunda ölənlərə: “Ölüdürlər!” deməyin. Əksinə, onlar diridirlər, lakin siz bunu duymursunuz.
163) Sizin məbudunuz Tək olan İlahdır. Ondan başqa məbud yoxdur, Mərhəmətlidir, Rəhmlidir.
164) Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün
bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə yüklənmiş halda dənizdə üzən gəmilərdə, Allahın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, Onun bütün heyvanatı yer üzünə yaymasında, küləklərin istiqamətinin dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda, başa düşən insanlar üçün dəlillər vardır
170) Onlara: “Allahın nazil etdiyinə tabe olun!”– deyildikdə, onlar: “Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq!”– deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə?
173) O sizə ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqası üçün kəsiləni haram etmişdir. Hər kəs harama meyl etmədən və həddi aşmadan
bunlardan yeməyə məcbur olarsa, bu ona günah hesab edilməz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.
Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl sahibləri Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə,
dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbir edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır.