Sabahattin Ali
Sabahattin Ali

Dünyada sizə, bütün kişilərə həddən artıq nifrət bəsləməyimin səbəbi var. Bunu bilmək istəyirsinizsə, eşidin:
adamdan hər şey tələb etdiklərinə görə, həm də bunu çox təbii hesab etdiklərinə görə... Məni düz başa düşün...Ola bilər, onlar nə istədiklərini sözlə ifadə etməsinlər...Kişilərin elə baxışları, təbəssümləri, xülasə

qadınlarla elə rəftarları var ki...onlar özlərinə o qədər güvənir, həm də o qədər axmaqcasına güvənirlər ki, bunu ancaq kor adam görməyə bilər... Onların nə qədər qürurlu olduqlarını görmək heç də çətin deyil. Bunun üçün onların tələbləri, istəkləri hər hansı bir şəkildə rədd edildikdə, düşdükləri vəziyyətə baxmaq, özlərini necə

itirdiklərini görmək kifayətdir. Onlar özlərini həmişə bir ovçu, biz qadınları isə aciz bir heyvan kimi təsəvvür etməkdən çəkinmirlər. Elə hesab edirlər ki, bizim vəzifəmiz onlara müti bir şəkildə itaət etməkdən, hər nə istəyirlərsə onu yerinə yetirməkdən ibarətdir...Öz barələrində isə belə fikirləşirlər: bizdən heç nə tələb etmək olmaz, bir

şey istəsələr də vermərik...Mən kişilərin bu axmaq qüruruna etinasız baxa bilmirəm. Başa düşürsünüz?

A. Ralph Epperson
A. Ralph Epperson

Beləliklə, inflyasiyanın hədəfi var. O - təsadüfi deyil! Bu o kəslərin silahıdır ki, onların qarşısında iki vəzifə durur:
1. Azad sahibkarlıq sistemini məhv etmək; və
2. Yoxsulların və orta sinfin sərvətini almaq və bunu varlıların xeyrinə "yenidən bölüşdürmək".
Odur ki, indi artıq inflyasiyanı başa düşmək olar. Oxucu indi inflyasiyanın

əsl səbəbini görməyə qadir olan "milyon nəfərdən biridir!"

Dilqəm Əhməd
Dilqəm Əhməd

1930-cu ilin avqustunda ayında Əhməd bəy Yalovaya sürgündə dostlaşdığı Fəthi bəyi görməyə gedir. Dəniz Yolları İdarəsinin yeni tikilən mehmanxanasının açılışında olurlar. Açılış törənində Mustafa Kamal Əhməd bəyi yanına çağıraraq, onu Sərbəst Firqənin rəhbəri Fəthi bəylə çalışacağını bildirir.
Həmin günün səhəri Fəthi bəylə

Əhməd bəy Sərbəst Firqə haqqında müzakirə edir, Atatürkü səmimilik testindən keçirirlər. Fəthi Okyar onun səmimi olduğuna qərar verir. Atatürkün planına görə Fəthi bəy ona ikinci partiye qurmaq barədə məktub yazacak o da buna razılıq verəcəkdi.

Alibala Hacızade
Alibala Hacızade

İnsan ən uca,ən ali,ən yetkin bir məxluqdur;o eyni zamanda, ən alçaq,ən rəzil işlər də görməyə qadirdir.Bəli,bir tərəfdən də uca,əlçatmaz.O biri tərəfdən də ən alçaq,rəzil,nifrətlərə layiq.