Robin Sharma
Robin Sharma

Həyatın hər bir anından zövq alaraq...Çünki həyat daimi deyil, çox tezliklə sona çatacaq.Biz nə baş verdiyini dərk etməyə macal tapmamış, torpağın altında olacağıq və yağış damcılarını öz üzümüzdə hiss etmək, ya da öz uşaqlarımızın necə gülüşdüklərinə tamaşa etmək, yaxud da günəşin doğmasına baxmaq kimi təbii hesab etdiyimiz bütün o sadə

zövq və ləzzətlər keçmişdə qalacaq. Sizə bir şey deyəcəyəm: adətən iyirmi, otuz və qırx yaşlarında bizim ən çox dəyər verdiyimiz şeylər həyatımızın sonunda ən az dəyərə malik şeylərə çevrilir. Dərin insani münasibətlər, təsadüfi xeyirxah əməllər, əla fiziki formada olmaq, özümüzü öz işimizdə mükəmməliyə həsr etmək, özümüzdən sonra bir

irs qoyub getmək, daxilimizdəki ən yaxşı şeyin bərq vurması üçün hər gün öz üzərimizdə işləmək üçün vaxt ayırmaq kimi, hal- hazırda bizim aramızda insanların böyük əksəriyyətininən az dəyər verdiyi şeylərin sonunda ən dəyərli olduğu özünü biruzə verəcək. Ölüm yatağında olanda bizlərdən heç kim öz bank hesablarında daha çox pul olmasını, ya

da evinin önündə daha böyük maşınının durmasını arzulamır. Bunun əksinə, biz son nəfəslərimizi çəkərkən arzulayırıq ki, kaş yaşadığımız həyat CƏSARƏT, HƏQİQƏT və SEVGİ dolu olaydı..

Leonid Grossman
Leonid Grossman

Atası latın dilini öyrədirdi, bu dili o, Podol seminariyası və tibb akademiyasında yaxşı öyrənmişdi. Uşaqlar cavab verəndə kiçik bir səhv buraxan kimi yazıçının atası özünə xas olan ciddiyyətlə hallandırma və təsrifləri kəsərək, "tənbəllər!", "kütbeyinlər!" deyib, uşaqların üstünə qışqırır, sonra da Bantışevin köhnə dərsliyini kənara ataraq

acıqlı-acıqlı dərsi yarımçıq qoyurdu. Dahi yazıçının latın dilinə və Roma ədəbiyyatına heç vaxt maraq göstərməməsi, bütün Roma klassik şairlərindən ancaq bircə dəfə Yuvenalın (özü də başqa bir şəxsin sitatında) adını çəkməsi təəccüblü deyildir.

Adıgözel Memmedov
Adıgözel Memmedov

Hitlerin həyatındakı əsas qadın, heç şübhəsiz, Yeva Brauna olmuşdur. Yeva fürerin sevimlisi Otto Skorseniyə deyirdi: "Hitler mənim yaxşı at çapmağımı bildiyi üçün, məni soyunuduraraq belinə mindirir, onu çapmağı məcbur edir". Ən mararlısı isə budur ki, o bundan həzz alırdı.

Nazim Əliyev
Nazim Əliyev

Əgər bir insan, daim olan bütün istəklərini dayandırsa, yalnız o zaman yaxşı insan olar. İstəklərdir uçuruma aparan, istəklərdir dostu dosta düşmən edən, ailəni məhv edən. İstək yaxşı şey deyil, onu hərəkətlə paralel səviyyədə aparmasaq.

Nazim Əliyev
Nazim Əliyev

Əgər hər kəs yaxşı olmağa deyil, içindəki pislərə nəzarət edə bilsəydi, ölməzdi günahsız insanlar, qırılmazdı vaxtiykən dünyanı əhatə edən meşələr, ölməzdi hələ doğulmamış öldürülən körpə balalar.

Eldar Kərimov
Eldar Kərimov

Xoşbəxtlik heç də ən yaxşı şeylərə sahib olmaq deyil, sahib olduqlarından yaxşı istifadə etməkdir.

Eldar Kərimov
Eldar Kərimov

Yaxşı baxan yaxşı görər.Yaxşı görən yaxşı düşünər.Yaxşı düşünən də hayatından həzz alar.

Jamie Bastedo
Jamie Bastedo

Özümün ən yaxşı dostum elə özüm idim. Həm də doğrusunu desəm, ən təhlükəsizi elə bu idi.

Sona Cabbarlı
Sona Cabbarlı

Bizə qəzet və məktub gətirən poçtalyon bir gün mənə qəzet verərkən dedi:
— Sona bacı, şəklin qəzetdə çıxıb.

Mən qəzetpaylayan kişinin sözünə təəcübləndim:
— Ola bilməz! – dedim.
— Ay Sona bacı, məgər səni tanımayıram, mənə nə düşüb yalan danışım, — deyə poçtalyon cavab verdi.

Cəfər söhbətimizə

qarışdı.
— Balam, kişi düz deyir də, çadranı atmısan, özü də bu barədə qəzet yazın çıxıb. Hələ özündən başqa qonşuları da çadralarını atmağa çağırırsan. Daha bu kişi ilə höcət niyə edirsən?

Poçtalyon gedəndən sonra Cəfərlə davaya başladım ki, mənim şəklimi qəzetə niyə vermisən? (O zaman Cəfər “Kommunist” qəzeti

redaksiyasında işləyirdi.) Mən nə vaxt çadramı atmaq haqqında məqalə yazmışam?  Hətta ağladım da.
Cəfər dedi:
— Sonası, çadranı atmırsan atma, daha niyə ağlayırsan. Sənin özün üçün yaxşı deyil, deyərlər özü məqalə yazıb, hay-küy qaldırıb ki, çadramı atıram, amma yenə də çadrada gəzir. Elə mənim özüm üçün də yaxşı deyil, mən

çadra əleyhinə əsər yazım, sən çadrada gəz. Yaramaz axı!...

Beləliklə, mən və Cəfərin qardaşı qızları çadranı atdıq.

Friedrich von Bodenstedt
Friedrich von Bodenstedt

Düzgünlük nə deməkdir? Əyriliklə mübarizə. Gənclik nə deməkdir? Bütün yaxşı şeylərin əksi olan pisliyə qarşı mübarizədir. Bu, insanın daimi fəaliyyəti, həm də şöhtətidir. Çünki onun gücü tükənməzdir, o, mübarizədə özünü qabarıq göstərir.