Sabahattin Ali
Sabahattin Ali

Dünyada sizə, bütün kişilərə həddən artıq nifrət bəsləməyimin səbəbi var. Bunu bilmək istəyirsinizsə, eşidin:
adamdan hər şey tələb etdiklərinə görə, həm də bunu çox təbii hesab etdiklərinə görə... Məni düz başa düşün...Ola bilər, onlar nə istədiklərini sözlə ifadə etməsinlər...Kişilərin elə baxışları, təbəssümləri, xülasə

qadınlarla elə rəftarları var ki...onlar özlərinə o qədər güvənir, həm də o qədər axmaqcasına güvənirlər ki, bunu ancaq kor adam görməyə bilər... Onların nə qədər qürurlu olduqlarını görmək heç də çətin deyil. Bunun üçün onların tələbləri, istəkləri hər hansı bir şəkildə rədd edildikdə, düşdükləri vəziyyətə baxmaq, özlərini necə

itirdiklərini görmək kifayətdir. Onlar özlərini həmişə bir ovçu, biz qadınları isə aciz bir heyvan kimi təsəvvür etməkdən çəkinmirlər. Elə hesab edirlər ki, bizim vəzifəmiz onlara müti bir şəkildə itaət etməkdən, hər nə istəyirlərsə onu yerinə yetirməkdən ibarətdir...Öz barələrində isə belə fikirləşirlər: bizdən heç nə tələb etmək olmaz, bir

şey istəsələr də vermərik...Mən kişilərin bu axmaq qüruruna etinasız baxa bilmirəm. Başa düşürsünüz?

Robin Sharma
Robin Sharma

Həyatımın hər keçən ilində mən daha da əmin oluram ki, həyatımızın boş yerə sərf olunmasının səbəbi, vermədiyimiz sevginin, istifadə etmədiyimiz gücün, heç bir şeydə riskə girməyən xudbin tədbirlilik və ağrı-acıdan qaçaraq canımızı qurtararkən yan keçdiyimiz xoşbəxtliyin altında yatır. Uzunmüddətli zaman perspektivində  heç kim heç vaxt

həyatında heç olmasa bir dəfə "yüyəni uzunluğunun imkan verdiyi qədər sərbəst buraxan" insandan daha kasıb ola bilməz..

Robin Sharma
Robin Sharma

Həyatın hər bir anından zövq alaraq...Çünki həyat daimi deyil, çox tezliklə sona çatacaq.Biz nə baş verdiyini dərk etməyə macal tapmamış, torpağın altında olacağıq və yağış damcılarını öz üzümüzdə hiss etmək, ya da öz uşaqlarımızın necə gülüşdüklərinə tamaşa etmək, yaxud da günəşin doğmasına baxmaq kimi təbii hesab etdiyimiz bütün o sadə

zövq və ləzzətlər keçmişdə qalacaq. Sizə bir şey deyəcəyəm: adətən iyirmi, otuz və qırx yaşlarında bizim ən çox dəyər verdiyimiz şeylər həyatımızın sonunda ən az dəyərə malik şeylərə çevrilir. Dərin insani münasibətlər, təsadüfi xeyirxah əməllər, əla fiziki formada olmaq, özümüzü öz işimizdə mükəmməliyə həsr etmək, özümüzdən sonra bir

irs qoyub getmək, daxilimizdəki ən yaxşı şeyin bərq vurması üçün hər gün öz üzərimizdə işləmək üçün vaxt ayırmaq kimi, hal- hazırda bizim aramızda insanların böyük əksəriyyətininən az dəyər verdiyi şeylərin sonunda ən dəyərli olduğu özünü biruzə verəcək. Ölüm yatağında olanda bizlərdən heç kim öz bank hesablarında daha çox pul olmasını, ya

da evinin önündə daha böyük maşınının durmasını arzulamır. Bunun əksinə, biz son nəfəslərimizi çəkərkən arzulayırıq ki, kaş yaşadığımız həyat CƏSARƏT, HƏQİQƏT və SEVGİ dolu olaydı..

Âşık Alesker
Âşık Alesker

Çərşənbə günündə, çeşmə başında
Gözüm bir alagöz xanıma düşdü.
Atdı müjgan oxun keçdi sinəmdən,
Nazu qəmzələri qanıma düşdü.

İşarət eylədim dərdimi bildi,
Gördüm həm gözəldi, həm əhli-dildi,
Başını buladı, gözündən güldü,
Güləndə qadası canıma düşdü.

Ələsgərəm hər elmdən

halıyam,
Gözəl, sən təbibsən, mən yaralıyam,
Dedi nişanlıyam, özgə malıyam,
Sındı qol-qanadım, yanıma düşdü. Aşık Alesker

Ramil Ahmet
Ramil Ahmet

UŞAQLAR

Uşaqlar,
bilməzsiniz olmadığınız evin səssizliyini...
Siz olmayan evlərin
sükutunun dərinliyindən
heç Məlikməmməd də çıxa bilməz.
Bilməzsiniz
sizə həsrət qalanların
evdə pişik saxlamasının ağrısını.

Qonşuda bir qadın var,
dibçəkdəki güllərinə
qızım deyir, pişiyinə oğlum...


Uşaqlar,
siz olmayan evlərdə
televizorda heç vaxt
cizgi filmi göstərmirlər.

O evlərin nağılında
kişi qadından utanır,
qadın da kişidən.
O evlərin nağılında bir-birini sevmirlər, bir-birlərinə öyrəşirlər.
O evlərin nağılında
nə işıq gələn tərəf var,
nə də it hürən...
O evlərin

nağılında
ancaq kişi dodaqlarının işğalı altında
qalır bir qadının döşləri...
Gözlərindən süd axır,
bəlkə də, hər ağlayanda,
kim bilir...

Uşaqlar, siz olmasanız,
kişilər ata olmaz,
qadınlar ana...

Həmid Araslı
Həmid Araslı

Oxuyun ,əzizlər!
Oxumaq zamanıdır ,
Oxumaq hər adəmin
Əbədi nişanıdır ...

Qulamhüseyn Saidi
Qulamhüseyn Saidi

- Nəyə gülürsən, Teymur?
- Öz ağlıma gülürəm, xan.
- Necə ki?
- Elə ki, hər şeyə inanıram.

Quram Odişariya
Quram Odişariya

Bir də axı, biz insanlar üçün hər şey yaddaşlarda gerçəkliyi ilə yox, xatırlandığı kimi qalır.

Quram Odişariya
Quram Odişariya

Müharibə olanda hər şey dəyişir. Restoranlar da. Adam üzünə həsrət qalırlar,yetimləşirlər, tənhalaşırlar, talan olunurlar, kədərdən, qəmdən büzüşüb yazıqlaşırlar.

Adıgözel Memmedov
Adıgözel Memmedov

"Biz terrorçuları hər yerdə təqib edəcəyik. Əgər, üzr istəyirəm, tualetdə də tutsaq, elə orada da isladacağıq."