Holli Şindler
Holli Şindler

Həyatda heç də hər şey mükəmməl deyil. Mən nağıl qəhrəmanı olan balaca Qoldiloks deyiləm ki, hər şeyi ürəyim istəyən formaya salıb sonra da deyim : "Hə, bax, belə düzdür."

Vüsalə Məmmədova
Vüsalə Məmmədova

- Bax, balaca küçük, indi səni aparıb, bizim postu keçirəcəyəm. Ondan sonra isə buraxacağam, özün gedəcəksən, gedə biləcəksən?
İlhamə çiyinlərini çəkdi.
- Qorxma, mən bizim postu ötürən kimi qaçıb gedərsən, səni qarşılayacaqlar. Türklər nə qədər vəhşi olsalar da, sənə heç nə eləməzlər. Çünki öz zibillərisən! Hə, nə deyirsən,

gedə bilərsən?
Təlaş və tərəddüd hissləri birləşib qızcığazın ruhunu bürüsə də, cəmi bir neçə yüz metr aralıda azadlıq onu çağırırdı. Cəmi bir neçə yüz metr qaçacaqdı. Gözləri parladı, xoşbəxtcəsinə çiynini adamın əlinin altından çıxarıb irəliyə addımladı. İkinci addımı atmışdı ki, açılan atəş onun ayaqlarını yerə mıxladı.

İlhaməni donduran bu "atəş" arxadan eşitdiyi sözlər idi:
- Ancaq yollar minalanıb! Ayağını üstünə bassan, partlayacaq! Qorxma, ölməyəcəksən! Yadında saxla, balaca küçüklər heç vaxt ölmür! Amma ayaqların qopub, səndən uzağa düşəcək. O qədər uzağa ki, əllərin onu götürüb yerinə yapışdırmağa çatmayacaq!

Refik Tağı
Refik Tağı

Mən hər gün balaca bir sürgünə gedirəm - işə.

Giuseppe Catozzella
Giuseppe Catozzella

Adam gərək heç vaxt qorxduğunu dilinə gətirməsin, mənim balaca Samiyəm! Heç vaxt! Əgər belə olsa, qorxduğun şeylər sənə daha böyük görünəcək, səni üstələyə biləcək.

Giuseppe Catozzella
Giuseppe Catozzella

"Adam gərək heç vaxt qorxduğunu dilə gətirməsin,mənim balaca Samiyəm!Heç vaxt!Əgər belə olsa,qorxduğun şeylər sənə daha böyük görünəcək,səni üstələyə biləcək."

Holli Şindler
Holli Şindler

Mən nağıl qəhrəmanı olan balaca Qodiloks deyiləm ki, hər şeyi ürəyim istəyən formaya salıb sonra deyim:" Hə, bax belə düzdür".

Müşfiq Xan
Müşfiq Xan

İnsan özünü tanıyanda, həqiqəti üzünə özü çırpanda sarsılır, sonra da yenə təsəlli üçün “nə edim, məni də Tanrı belə yaradıb” deyərək bir daha özünü aldadır.
Məqsəd isə yaşamaqdır. Bu yaşamağın hikməti nədirsə, nə qədər o dünyada cənnət vəd etsələr də, heç kim getmək istəmir. Bu, qonaq getdiyimiz bir yerdə balaca uşağın ev

sahibinin hər hansı bir əşyasını, oyuncağını götürdüyü zaman, onu uşağın əlindən almaq üçün “Evdə daha yaxşı oyuncaq var” və ya “Sənə daha yaxşı oyuncaq alacağıq” deməyə bənzəyir.

Qismət Rüstəmov
Qismət Rüstəmov

Eyvanda oturmuşam.
Əlimdəki fotoda 96-cı ildi.
Gözləri qıyıq, balaca oğlan mənəm.
Onda, o günlərdə,
pəncərəsinin qolları, qapısının ürəyi küçələrə açılan evdə başdaşıları adam idi.
Qəribə bir axşam idi.
Yeni il axşamı.
İndi baxıram, elə bil, hamı
Şuşanın işğalından bir gün sonra kimidi.
Niyə?

Xatırlamıram.

Eyvanda oturmuşam. Dil çıxarır uzunsov qəbzlər:
İşıq pulu, qaz pulu, su pulu.
Nə yaxşı borcumuz var,
yoxsa hardan bilərdik,
işığımız olub - yandırmışıq,
qazımız olub - qızınmışıq,
suyumuz gəlib - paklanmışıq.
Yaşamışıq.

Eyvanda oturmuşam. Adamlar tələsir. Tıxacdı.
Maşınların

səs-küyünə
qulağını şəkləmiş bir pişik acdı,
amma o tanımaz-bilməz,
ağ xalat həkimləri, bərbərləri.
Dil çıxartmaz üzünə hər ay
dövlətin uzunsov qəbzləri

Sabir Rüstemhanlı
Sabir Rüstemhanlı

Faytonlar, dilicanlar, qatarlar, gəmilər, hara apardığı bəlli olmayan yollar , arxasında kimlərin yaşadığını bilmədiyim sirli qapılar, gecə-gündüz oxuyub yazmaq, heç kimdən əskik olmadığını göstərmək ehtirası, vətənini tanıtmaq üçün təkbaşıma mübarizə, çıxışlar, yazılar...Hamısı sona çatdı. İtmədim! ... Boğulub qalmadım! ...Sınmadım!..

Allahın iznilə qayıdıb gəldim! Avropalı filosof dostumun , ya da öz peyğəmbərimizin təbirincə: bal yüklü arı kimi ! Dopdolu! Görəsən , böyük Parisdən sonra Azərbaycanın bu balaca Parisi necə qarşılayacaq məni?! Dəyişilibmi görəsən? Yoxsa elə həmin Şuşadır?

Süleyman Sani Ahundov
Süleyman Sani Ahundov

İnsanda insaf, rəhm, sədaqət qalmayıbdır. Vaxtı ki, işin sazdır, sənə ehtiyac var, hamı sənin qulundur. Amma elə ki, işin bir balaca əydi, hamı üstünə ayaq basıb, sənə qılınc vuracaqdır. 

#Tamahkar#