Sona Cabbarlı
Sona Cabbarlı

-Sonası, bizim nəsil çox yaşamır və bir də, adam bilsə ki, düz min ildən sonra öləcək, indidən bağrı çatlar. Ancaq nə vaxt öləcəyini bilmədiyindən ümidlə yaşayır...

Sona Cabbarlı
Sona Cabbarlı

Cismim torpaq olsa, ruhum sənindir,
Sevgimizə yoxluq məzar olmasın.

Sona Cabbarlı
Sona Cabbarlı

Sən, Sonası,güman edə bilərmisən ki,mən sənin bir dırnağını bütün dünyanın arvadlarına,qızlarına dəyişdirə bilərəm?..Sən mənim qucağımda böyümüsən və çox güman ki, mən sənin qucağında öləcəyəm...Hər gün sənin şəkillərini götürüb öpürəm,öpürəm, yenə də gedib işləyirəm.Yorulanda yenə də şəkillərinizi götürüb öpürəm.Başqa

kimim var?... Mənim ümidim, sığınacaq yerim bircə sənsən!...

Sona Cabbarlı
Sona Cabbarlı

Sən ol qədr ki mən pak ürəkdən sevirəm,
Sevəcək başqa bir insan desələr, doğru deyil.

Sona Cabbarlı
Sona Cabbarlı

Sənsiz könlüm fəryadlardan usanmaz,
Çaylar dursa, göz yaşlarım dayanmaz.
Dünya gülşən olsa, könlüm oyanmaz,
Sənsiz, yavrum, artıq bahar olmasın.

Sona Cabbarlı
Sona Cabbarlı

Əbləh odur dünya üçün qəm çəkər,
Kim nə bilir kim qazanar, kim yeyər?

Sona Cabbarlı
Sona Cabbarlı

-Eh, Sonası, görünür bəzi tənqidçi və yazıçı "dostlarım" məni həddindən artıq çox sevirlər. Bəs eşitməmisən ki, pişik öz balasını istədiyindən yeyir?

Sona Cabbarlı
Sona Cabbarlı

Bizə qəzet və məktub gətirən poçtalyon bir gün mənə qəzet verərkən dedi:
— Sona bacı, şəklin qəzetdə çıxıb.

Mən qəzetpaylayan kişinin sözünə təəcübləndim:
— Ola bilməz! – dedim.
— Ay Sona bacı, məgər səni tanımayıram, mənə nə düşüb yalan danışım, — deyə poçtalyon cavab verdi.

Cəfər söhbətimizə

qarışdı.
— Balam, kişi düz deyir də, çadranı atmısan, özü də bu barədə qəzet yazın çıxıb. Hələ özündən başqa qonşuları da çadralarını atmağa çağırırsan. Daha bu kişi ilə höcət niyə edirsən?

Poçtalyon gedəndən sonra Cəfərlə davaya başladım ki, mənim şəklimi qəzetə niyə vermisən? (O zaman Cəfər “Kommunist” qəzeti

redaksiyasında işləyirdi.) Mən nə vaxt çadramı atmaq haqqında məqalə yazmışam?  Hətta ağladım da.
Cəfər dedi:
— Sonası, çadranı atmırsan atma, daha niyə ağlayırsan. Sənin özün üçün yaxşı deyil, deyərlər özü məqalə yazıb, hay-küy qaldırıb ki, çadramı atıram, amma yenə də çadrada gəzir. Elə mənim özüm üçün də yaxşı deyil, mən

çadra əleyhinə əsər yazım, sən çadrada gəz. Yaramaz axı!...

Beləliklə, mən və Cəfərin qardaşı qızları çadranı atdıq.

Sona Cabbarlı
Sona Cabbarlı

Bülbülündən ayrı düşmüş qızılgül,
Bu hicrana kimsə düçar olmasın.
Kaş ki, yavrum, son günlərin sevinci,
Böylə qısa, bietibar olmasın.

Sənsiz könlüm fəryadlardan usanmaz,
Çaylar dursa, göz yaşlarım dayanmaz.
Dünya gülşən olsa, könlüm oyanmaz,
Sənsiz, yavrum, artıq bahar olmasın.

Dünki gülşən -

yarın xəzançın oynaq,
Dünki insan - yarın bir yığın topraq.
Keçmiş ilk bahardan bu bir kaç yapraq,
Saqın, yavrum, son yadigar olmasın.

Bəlli şey ki, həyat beş qara gündür,
Mənsiz gül, ağlama, könlüm sevindir,
Cismim topraq olsa, ruhum sənindir,
Sevgimizə yoxluq məzar olmasın.

Sona Cabbarlı
Sona Cabbarlı

Ölmək! O geniş körpüdən hər kəs keçəcəkdir,
Bir badə ki, ondan bütün aləm içəcəkdir!
Hər süslü çiçək sonda saralmış quru yarpaq,
İnsan da nədir? Əvvəli torpaq, sonu torpaq!

Aləm doğacaq, dirçələcək, məhv olacaqdır,
Dünya boş ikən əvvəli, həp boş qalacaqdır.
Bir tək səni məhv etmədi bu qanlı təbiət,
Həp

yoxluğa, həp heçliyə məhkum bəşəriyyət.

Sona Cabbarlı
Sona Cabbarlı

"Bizim nəsil çox yaşamır və bir də, adam bilsə ki, düz min ildən sonra öləcək, indidən bağrı çatlar. Ancaq nə vaxt öləcəyini bilmədiyindən ümidlə yaşayır"