Mirze İbrahimov
Mirze İbrahimov

Bizdən soruşsalar ki, həyat nədir, nə cavab verə bilərik? Bəli, həyat nədir, insan ömrünün mənası nədir, nə üçün insan dünyaya gəlir və bir müddət sonra yox olur, ölüb gedir?...

Mirze İbrahimov
Mirze İbrahimov

Dünyada heç bir səadət əbədi deyil!

Mirze İbrahimov
Mirze İbrahimov

Bu dünyada saralıb-solan, ölüb gedən hər faydalı şey kədərli bir iz buraxmırmı?

Mirze İbrahimov
Mirze İbrahimov

Düşünürdü ki, həyat niyə bu qədər mürəkkəb və dolaşıqdır. Niyə zəhmət çəkənlər və istedad sahibləri ehtiyac içindədir, tənbəllər və qabiliyyətsizlər isə süd gölündə üzürlər?.. Niyə?!

Mirze İbrahimov
Mirze İbrahimov

Dünya mənə bir şey verməyib, əlimdən də bir şey ala bilməyəcək. Ona görə də nə düşünürəm, onu da deyəcəyəm, həqiqəti deyəcəyəm.

Mirze İbrahimov
Mirze İbrahimov

— On il yaşamaram, on gün yaşaram, lakin namusla yaşaram.

Mirze İbrahimov
Mirze İbrahimov

O, dünyadakı bütün fəlakətlərin səbəbini cəhalətdə görürdü.

Mirze İbrahimov
Mirze İbrahimov

– Bir şeyin pis olduğunu bilmək azdır. Gərək pisi yaxşıynan əvəz eliyəsən. Yoxsa pisi görüb, göz yummaq insaniyyətdən kənar hərəkətdir.

Mirze İbrahimov
Mirze İbrahimov

O, heç bir yad gözün ürəyinə enməsini, oradakı ən müqəddəs, ən əziz duyğulara toxunmasını istəmirdi.

Mirze İbrahimov
Mirze İbrahimov

— Mərdümazarçılıqla qazanılmış bir çörəyi yeyib tox olmaqdansa, acından ölmək yaxşıdır.

Mirze İbrahimov
Mirze İbrahimov

— İnsan öz təbiətinə sadiq qalsa yaxşıdır. Nə olacaq-olsun, ölümdən oyana ki bir şey yoxdur. Öz fikrimi yazacağam. Mən heç vaxt qorxaq olmamışam.

Mirze İbrahimov
Mirze İbrahimov

— De görüm gün batıb, ya yox?
— Sənin günün çoxdan batıb...

Mirze İbrahimov
Mirze İbrahimov

— Mən deyirəm ki, əsl dinpərəst elə odur: camaatın ki, qarnını çörəklə doyurub, bəsdir, demək allahın işi xoddur. Çünki dinsizlik də aclıq olan yerdə çıxar. Görmürsən ki, el deyir, acın imanı olmaz.

Mirze İbrahimov
Mirze İbrahimov

— Bilirsənmi, mövhumat, xurafat nədir? Cahil və qorxaq insanın yeganə təsəllisi.

Mirze İbrahimov
Mirze İbrahimov

Biz, ölüm qapımızı döyən günə kimi də belə yaşayacağıq. Biz ölmək üçün yaşayırıq... Yaşamaq üçün ölən insanlardan xəbərsizik! Buna görə də cənazəmiz qəbrə çatmamış bizi unudacaqlar... səni də, məni də.

Mirze İbrahimov
Mirze İbrahimov

Azərbaycan tatli ve agiz sulandiran meyvedir. Onu yutmak,belkide de kolaydir.lakin onu hazm etmek müşküldur!

Mirze İbrahimov
Mirze İbrahimov

Yaşamaq üçün ölən insanlardan xəbərsizik!

Mirze İbrahimov
Mirze İbrahimov

O gün gələcək!..O gün ki, bütün ölkələrin başlarını qaldırıb, qəti səslə deyəcəklər: daha bəsdir!..Artıq biz belə həyatı istəmirik! O zaman güclülərin həris ağalığı dağılacaq, torpaq ayaqlarının altından qaçacaqdır, onlar söykənməyə bir şey tapa bilməyəcəklər...

Mirze İbrahimov
Mirze İbrahimov

Yadındadırmı, Fərda, beş il əvvəl Təbrizdə, dərzi dükanında sən məndən nə üçün yaşayırıq, həyatın mənası nədir, deyə soruşdun. Onda mən sənə cavab verməmiş, susmuşdum. Sən isə mənim bu cür şeyləri qanmadığımı güman edərək acıqlanıb getmişdin, yadındadırmı? Lakin o zaman mən də sənin kimi düşünürdüm. Mən düşünürdüm ki,

həyatımızın mənası vətənimizin səadəti üçün çalışmaqdadır. Amma o zaman mən danışa bilməmişdim. Çünki danışmaqda da bir məna yox idi. İndi isə sənə deyirəm, qardaşım Fərda, sizə deyirəm, qardaşlarım (o, azca boylanıb fədailəri gözdən keçirdi), bəli, sizə deyirəm. Bizim hamımızın səadəti bax bu alçaq daxmaların, bu doğma yurdun, bu ana

torpağın azadlığındadır. Yerə qoymayın o tüfəngləri ki, onları bu doğma torpaq sizə tapşırmışdır.

Mirze İbrahimov
Mirze İbrahimov

Yazıq, min yazıq bizə baxıb “övladlarım var” deyən vətənə! Yazıq bu gül kimi Azərbaycan torpağına ki, üstündə biz gəzirik. Bizim həyatımız bir qara quruşa dəyməz!.. Çünki, bizcə, həyat yeməkdən, yatmaqdan, yenə yeməkdən və yatmaqdan ibarətdir... Biz ölüm qapımızı döyənə kimi belə yaşayacağıq... Biz ölmək üçün yaşayırıq... Yaşamaq üçün

ölən insanlardan xəbərsizik!.. Buna görə də cənazəmiz qəbrə çatmamış bizi unudacaqlar... Səni də, məni də, bizim tanış və dostlarımızı da. Yox, bəlkə, səni bir az yad edən tapıldı... Deyəcəklər ki, dərzi Azad yaxşı yamaq salardı... Allah rəhmət eləsin!