Mehmet Emin Resulzade
Mehmet Emin Resulzade

Allah bizi "kurtarıcılardan" korusun, düşmanlarla kendimiz başa çıkabiliriz.

Mehmet Emin Resulzade
Mehmet Emin Resulzade

Məmməd Əmin Rəsulzadənin gəncliyə xitabəsi

Ey gənclik! Ey əsrimizin Siyavuşunun böyümüş oğlu!
Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki: — Bir kərə yüksələn bayraq bir daha enməz! Bunu deyərkən o, bu günkü öksüzanə

mənzərəni hesaba almamış deyildi. Bu onun tərəfindən təsəvvür olunmuşdu. O, sənin o zaman bu bayrağı gənc çiyinlərinə alıb məsumanə bir tərzdə küçə-küçə dolaşaraq: “İrəli, irəli Azərbaycan əsgəri” - deyə əsgər kimi addım atmağını görmüşdü və bu sözü cəsarətlə söyləmişdi. Əlbəttə ki, sən onun bu ümidini qırmayacaq, bu gün parlament

binası üzərindən Azərbaycan türklərinin yanıqlı türkülərinə mövzu olmuş, ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə dikəcək, Böyük Dəmirçinin geri dönüşünü görüncə onun tərəfinə keçəcək, bu yolda ya qazi, ya şəhid olacaqsan".

Mehmet Emin Resulzade
Mehmet Emin Resulzade

Keçmişini bilməyən, bu gününü dərk edə bilməz həqiqəti bayağı olduğu qədər də acıdır. Qoçaqlar illərlə qılınc və qələm çaldılar... nəticədə keçmişindən xəbərsiz manqurd nəsil yetişdi...

Mehmet Emin Resulzade
Mehmet Emin Resulzade

Hər Hörmüzdə qarşı bir Əhrimən vardır.

Mehmet Emin Resulzade
Mehmet Emin Resulzade

Yarı aç, yarı çıplak her şeyi unutmuş kitaplara dalmıştım...

Mehmet Emin Resulzade
Mehmet Emin Resulzade

O qədər yalnızam ki, hətta xəstə olmağa özümdə səlahiyyət belə görmürəm

Mehmet Emin Resulzade
Mehmet Emin Resulzade

Unutmayaq ki, yolumuz hürriyyət və istiqlal yolu, qayəmiz yüksək və müqəddəsdir! Şəhidlər karvanı ilə sərilmiş bir yolla gedirik. Düşməni sevindirmək haqqımız yoxdur. Fitnədən qorunmaq vəzifəmizdir.

Mehmet Emin Resulzade
Mehmet Emin Resulzade

Stalinə nekroloq yazanlardan biri məqaləsinə: “ Fantastik adamın fantastik karyerası bitdi; 73 il əvvəl Qoridə fəqir bir pinəçi ailəsində doğulmuş oğlan Kremldə dünyanın ən böyük imperatorluğunun ən böyük diktatoru olaraq öldü” - deyə başlayır .

Mehmet Emin Resulzade
Mehmet Emin Resulzade

Azərbaycan gələcək Turan sırasının önəmli bir halqasıdır.

Mehmet Emin Resulzade
Mehmet Emin Resulzade

Nəriman Nərimanov Həştərxana doğru göndərilən neft dolu gəmiləri top atəşi ilə yola salınarkən: "Bu, tarixin yaza bilmədiyi ilk faciədir ki, neft kompassız və hesabsız Rusiyaya göndərilir" - deyirdi. Eyni zamanda, Sovet hökuməti ilə burjua hökumətinin fərqini anladarkən: "o hökumətlərin mədaxil və məxaric dəftəri var, bizim mədaxil dəftərimiz olsa da,

məxaric dəftərimiz yoxdur" - deyirdi. Deməli, öz sərvətini qarşılıqsız olaraq dəftərsiz - hesabsız israf edən hökumət Azərbaycan kimi dünyada misli bərabəri olmayan zəngin bir sərvət mənbəyinə malik olan ölkəni elə bir vəziyyətə saldı ki, özündən qat - qat kasıb olan Gürcüstandan da etibarsız hala düşdü. Bakının neft quyularında çalışan

fəhlələri öz pulu ilə dolandıran bir hökumət istehsalı tamamilə Rusiyaya versə də, əvəzində Moskva kağız parçası olsa belə nəsə almasa, bazarı qiymət və saxta pullarla doldurur ki, nəticə iflasdan başqa bir şey deyildir.