Leonid Grossman
Leonid Grossman

Atası latın dilini öyrədirdi, bu dili o, Podol seminariyası və tibb akademiyasında yaxşı öyrənmişdi. Uşaqlar cavab verəndə kiçik bir səhv buraxan kimi yazıçının atası özünə xas olan ciddiyyətlə hallandırma və təsrifləri kəsərək, "tənbəllər!", "kütbeyinlər!" deyib, uşaqların üstünə qışqırır, sonra da Bantışevin köhnə dərsliyini kənara ataraq

acıqlı-acıqlı dərsi yarımçıq qoyurdu. Dahi yazıçının latın dilinə və Roma ədəbiyyatına heç vaxt maraq göstərməməsi, bütün Roma klassik şairlərindən ancaq bircə dəfə Yuvenalın (özü də başqa bir şəxsin sitatında) adını çəkməsi təəccüblü deyildir.

Nazim Əliyev
Nazim Əliyev

Yazığım gəlir həmin insanlara, bütün saflıqla dünyada, insan tərəfindən yaradılan və deyilən hər şeyə sanki məcburmuşcasına inananlara, göz yumanlara, düşünə bilməyib daim səhv addım atanlara. Nə çoxdur keçmişində itib batanlar, nə çoxdur gələcəyinə görə hər şeyini, hətta ən yaxın bildiklərini belə qurban verənlər. Mənasız və heç bir işə

yaramayan anlayışlar nə çoxdur ətrafımızda..

A. Ralph Epperson
A. Ralph Epperson

"Biz ümid edirik ki, siz düz və səhv cavabların olmadığını başa düşdünüz. Hər bir insanın özünün nöqteyi-nəzəri var və onun üçün doğru olan məhz budur".

Ida Jessen
Ida Jessen

"Əgər inansanız, bütün dünyanı dəyişə bilərsiniz. Amma səhv etdiyinizi düşünsəniz bu zaman dünya sizi təqib edib sizi dəyişdirəcək."

Yusif Qulami
Yusif Qulami

“Buna görə də həyatda taleyimizi biz özümüz müəyyənləşdiririk. Bizim bügünkü və gələcək həyatımız öz işlərimizdən asılıdır. Bəlkə də, bizim həyatda müşahidə etdiyimiz problem və xoşagəlməz işlərin çoxu bizim həqiqət və gerçəkliklərə yanaşma tərzimizin, başqaları ilə əlaqələrimizin nəticəsidir. Bundan əlavə, onların bəzisi bizim

səhv əməllərimizin nəticəsidir.”

Cemşit Amirov
Cemşit Amirov

Sən səhv edirsən, qızım, xoşbəxtlik yağış suyu deyil ki, damcı -damcı adamın başına tökülsün. Xoşbəxtliyə nail olmaq üçün əziyyət çəkmək, yorulmaq bilmədən işləmək lazımdır. Adam yalnız belə əməklə xoşbəxtliyini tapa bilər.

Məmməd Səid Ordubadi
Məmməd Səid Ordubadi

Əvvəlcə insan səhv buraxmamağa çalışmalıdır. Lakin səhvi buraxdıqdan sonra özünü itirməməlidir. Çünki çaşqınlıq ikinci bir səhvə səbəb ola bilər.

Qaraqan
Qaraqan

Psixoloqlar deyir ki, heç kəsə fikir vermə, rahat yaşa.
Siyasətçilər deyir ki, bayraq və himn hər şeydən müqəddəsdir.
Dindarlar deyir ki, görmədiyinə inan.
Alimlər deyir ki, görmədiyinə inanma.
Millətçilər deyir ki, bizim millətin birləşməsi uğrunda ölmək lazımdır.
Həkimlər deyir ki, hər şeydən əvvəl sağlamlığınızı

düşünün.
Lamalar deyir ki, Tibetdən başqa bütün dünya səhv yoldadır.
MTV deyir ki, yaşa və yaşamaqdan ləzzət al.
Dərvişlər deyir ki, ən böyük ləzzət bütün ləzzətlərdən əl çəkəndə gəlir.
Adi insanlar deyir ki, ailə səadəti xoşbəxtlikdir.
Tarixçilər deyir ki, bədbəxt ol, amma tarixə düş.
Xeyriyyəçilər deyir ki, ömrün

boyu başqalarına kömək elə.
Eqoistlər deyir ki, ancaq özünü düşün.
Hippilər deyir ki, narkoman ol, həyatın dadı bundadır.
Vegetarianlar deyir ki, başqa canlıları öldürmə.
Şairlər deyir ki, səhər açılanda günəşin çıxmasına bax.
Astroloqlar deyir ki, günəş közərmiş ulduzdur, burda qeyri-adi heç nə yoxdur.
İngiltərə

kraliçası deyir ki, siqareti alışqanla yox, kibritlə yandırın.
Diana deyirdi ki, necə istəyirsiniz elə də yandırın.
Kürdlər deyir ki, azad olmaq istəyirik.
Türklər deyir ki, kürdlər qələt eləyir.
Ben Laden deyir ki, Amerika qələt eləyir.
Amerika deyir ki, İran qələt eləyir.
İran deyir ki, İsrail qələt eləyir.
İsrail deyir ki,

hamınız qələt eləyirsiz.