Adıgözel Memmedov
Adıgözel Memmedov

M.Ə.Rəsulzadə öz xatirələrində qeyd edir: "İ.V.Stalin Bakıda inqilabi hərəkət zamanı neftçi işçilərə rəhbərlik edir. Neft sahibklarıarının göstərişi ilə onu diri-diri neft dəryaçasına atmağa hazırlaşırdılar. Mənim sayəmdə bu baş vermir. Sonra isə Bayıl zindanından qaçdıqda ona "Hümmət" təşkilatından yardım edirlər."
1920-ci ilin aprel

ayının 28-dən Azərbaycan Demokratik Respublikasının süqutundan sonra M.Ə.Rəsulzadə Lahıc dağlarında gizlənirdi. Bir müddət sonra onu bolşeviklər yaxalayır. Bu vaxt Stalin öz zirehli qatarında Bakıya gəlir, bunu öyrənir və tələb edir ki, onu azad etsinlər. O, Rəsulzadəni əziz qonaq kimi qarşılayır və Moskvada məsuliyyətli bir posta dəvət edir. Sonra

Rəsulzadə Fin körfəzindən Finlandiyaya keçir və gizli surətdə Polşaya qaçır. O qeyd edir ki: "Stalin məni xilas etməklə kişi kimi mənə, o vaxt onu xilas etməyimin əvəzitək təşəkkür edirdi. Lakin mən əminəm ki, əgər orada qalsaydım, o məni də yox edərdi."

Adıgözel Memmedov
Adıgözel Memmedov

"Dövlətin birinci adamlarının sızıldamağa və şikayət etməyə ixtiyarları yoxdur. Əgər ağlasalar, bu süni ağlamaq olacaq."

Nazim Əliyev
Nazim Əliyev

Kim bilir bəlkə o da daxilən dəyişmişdi, hər kəsin dəyişdiyi kimi. Dəyişikliklər fərqli olur, çevrə dəyişmək, dost dəyişmək, iş dəyişmək, xarakteri və şəxsdə olan istəklər, arzular və əqidə dəyişikliyi. Ən pisi əqidədir, əgər bir insan əqidəsini dəyişsə, gün gələr valideynlərini belə, bir insana və ya pula, şana-şöhrətə, ya da bir heçə

görə dəyişər.

A. Ralph Epperson
A. Ralph Epperson

"Siyasətdə heç nə təsadüfən baş vermir. Əgər nəsə baş veribsə, deməli, belə də düşünülüb".
- Franklin D. Roosevelt

A. Ralph Epperson
A. Ralph Epperson

Mən Arizonada yaşayıram, burada bir neçə il əvvəl təhqiqatla məşğul olan reportyor maşınını işə salan məqamda partlamışdı, çünki o, bu ştatda korrupsiya haqqında materiallar toplayırdı. Düşmənlərinin onu niyə seçdiklərini, mənim düşmənlərimin isə məni niyə seçmək istəmədiklərini - bilmirəm.
Qətiyyətlə bəyan edirəm: əgər siz mənim

avtomobilimin partladığını, ya da qəfildən on altı mərtəbəli binanın damından "uçmağa cəhd etdiyimi" eşitsəniz, lütfən, ölümqabağı bəyanatımı qəbul edin - bunu mən etməmişəm.
Əgər buna bənzər nəsə baş verərsə, əgər mənim başıma bunun qədər müəmmalı bir iş gələrsə, xahiş edə biləcəyim nə varsa, bu - Sui-Qəsdin ifşa olunmasında

səylərinizi ikiqat artırın...mənim xatirəmə.

-Müəllif

*Sui-Qəsd: Gizli işləyən, bədxah və ya qeyri-qanuni məqsəd güdən insanların birliyi.

Vagif Sultanlı
Vagif Sultanlı

«...Görən həyat niyə şirindi? Ömrün, həyatın nəyi şirindi ki, ondan belə ağız dolusu danışırlar? Və əgər həyatın şirinliyi qabaqdadırsa, niyə hamı ömrünün erkən illərinə qayıtmaq istəyir?..».

Vüsalə Məmmədova
Vüsalə Məmmədova

Bura gətirildiyi cəmi bir neçə saat idi, artıq dörd qabırğası çatlamış, ayağından sallanan barmaqları isə qoparılmışdı.
....Hərbçi hirslə onun üzünə su vuraraq özünə gətirməyə çalışırdı:
- Türk, əgər bir yerdə dilinə alsan ki, burada döyülmüsən, səni tapıb tikə-tikə doğrayacağıq! Biz səni döyməmişik. Biz səni tutanda elə bu

kökdə idin. Oldu?! Özünüzünkülər eləyib! Eşitdin?
Salman qeyri ixtiyari "hə, hə" deyərək, dilini çıxarıb üzünə çırpılan su damcılarını yalayırdı. Onu sürüyüb maşına atdılar...

Hüseyn Nuri Həmədani
Hüseyn Nuri Həmədani

“Ərlə arvad bilməlidir ki, evlənməyin mənası iki cismin "birləşmə"sidir və əgər onların hansısa biri tək olduğu vaxtdakı müstəqilliyində qalmaq istəsə, həmin birləşmə mümkün olmayacaq.”

Nicat Kazımov
Nicat Kazımov

İran türklərində bu məsələyə münasibət tamam əksinədir. Əgər qızın həyatında başqa bir kişi olubsa, onun ərə getməsi də çətindir.

Nicat Kazımov
Nicat Kazımov

Əfşar düz demişdi. Əgər nəsə yazmaq istəyirsənsə, ətrafında baş verənlərə
fikir ver. Əfşar, Sofi, Madam Flora, mənim özüm, hətta, yer üzündə yaşayan
milliardlarla insan Tanrının yaratdığı personajlarıq. Hər kəsin öz hekayəsi var.
Bu hekayələr bir-birindən çox fərqlidir.