Sabahattin Ali
Sabahattin Ali

"Nə etməli, mən beləyəm. Qəribə bir qadınam...
Mənimlə dostluq etmək istəyirsinizsə, onda bəzi müəmmalarla qarşılaşmağa hazır olmalısınız...Çox mənasız şıltaqlıqlarım olur...Xasiyyətim saatda bir dəyişir.
Xülasə, dostluq etdiyim adamlar mənə anlaşılmaz, şıltaq bir məxluq kimi baxırlar."

Sabahattin Ali
Sabahattin Ali

Dünyada sizə, bütün kişilərə həddən artıq nifrət bəsləməyimin səbəbi var. Bunu bilmək istəyirsinizsə, eşidin:
adamdan hər şey tələb etdiklərinə görə, həm də bunu çox təbii hesab etdiklərinə görə... Məni düz başa düşün...Ola bilər, onlar nə istədiklərini sözlə ifadə etməsinlər...Kişilərin elə baxışları, təbəssümləri, xülasə

qadınlarla elə rəftarları var ki...onlar özlərinə o qədər güvənir, həm də o qədər axmaqcasına güvənirlər ki, bunu ancaq kor adam görməyə bilər... Onların nə qədər qürurlu olduqlarını görmək heç də çətin deyil. Bunun üçün onların tələbləri, istəkləri hər hansı bir şəkildə rədd edildikdə, düşdükləri vəziyyətə baxmaq, özlərini necə

itirdiklərini görmək kifayətdir. Onlar özlərini həmişə bir ovçu, biz qadınları isə aciz bir heyvan kimi təsəvvür etməkdən çəkinmirlər. Elə hesab edirlər ki, bizim vəzifəmiz onlara müti bir şəkildə itaət etməkdən, hər nə istəyirlərsə onu yerinə yetirməkdən ibarətdir...Öz barələrində isə belə fikirləşirlər: bizdən heç nə tələb etmək olmaz, bir

şey istəsələr də vermərik...Mən kişilərin bu axmaq qüruruna etinasız baxa bilmirəm. Başa düşürsünüz?

Leonid Grossman
Leonid Grossman

Yazıçı bu əqidədə idi ki, bəşər tarixində Rusiyanın öz missiyası var və o, gələcəkdə bir çox xalqların taleyini həll etmək hüququna malikdir.

Məhəmmədtəği Misbah Yəzdi
Məhəmmədtəği Misbah Yəzdi

Xəstəliyə tutularaq, öz şiddətli ağrısından Allaha pənah aparıb, Onun dərgahına dua edib və Ondan şəfa tələb edən şəxsin duası onun mənəvi kamilliyinə, Allaha yaxınlaşmasına və ruhunun yüksəlməsinə səbəb olur. Lakin bu şəxs birinci gündən şəfa tapsaydı, ya duası kəsilər, Allahı düşünməzdi, ya da Allaha olan diqqəti azalardı. Bir şəxs Allahdan

sərvət istəyir ki, Onun yolunda infaq edib savaba çatsın. Lakin Allah bu şəxsin dövlətə çatdıqda Onu yaddan çıxaracağını bildiyindən duasını qəbul etmir; həmin savaba çatmaq üçün başqa bir yolla infaq etmək üçün ona vasitələr yaradır.

Gustav Radbruch
Gustav Radbruch

Hüquq ədalətə cəhd edən iradədir. Ədalət isə heç nəyə baxmadan nüfuzu mühakimə etmək və hamıya eyni ölçüdə yanaşmaq deməkdir.

A. Ralph Epperson
A. Ralph Epperson

Məşhur psixoanalitik Walter Langer yazırdı ki, onun nəzəriyyəsinə görə, Hitler özü dörddə bir Yəhudi və Rotşildin nəvəsi idi. Langer bildirirdi: "Hitlerin nəsil şərəcəsinin tətqiq olunmasında çox böyük qarmaqarışıqlıq var. Adolfun atası - Aloiz Hitler, Mariya Anna Şiklqruber'in qeyri-qanuni oğlu idi. Belə hesab etmək qəbul olunub ki, Aloizin atası İohann

Georq Hidler idi..."

Aloizin atasının İohann Georq Hidler olduğu fikrinə kimlərsə böyük şübhə ilə yanaşır. Məsələn, Tysenn və Koehler bildirirlər ki, Avstriyanın Kansleri, Kansler Dolfuss Avstriya polisinə Hitlerin ailəsinin ciddi araşdırılmasını əmr etmişdi. Bunun nəticəsində məxfi sənəd hazırlanmışdı və bu, Mariya Anna Şiklqruberin Vyanada

yaşayarkən hamilə qaldığını sübut edirdi.
Həmin dövrdə o, baron Rotşildin evində xidmətçi işləyirdi. Hamilə olduğunu baronun evində aşkar edən kimi, o evə, Spitala göndərildi və Aloiz də elə burada doğuldu.

A. Ralph Epperson
A. Ralph Epperson

Hakimiyyətə can atanları hakimiyyət əxlaqsız edəcək. Onlar daha çox hakimiyyət əldə etmək istəklərini qane etmək üçün qəsdən depressiyalar, inqilablar və müharibələr doğuracaq.

Hacı Şahin
Hacı Şahin

"Hara düşmüşük və hara gedirik?" - deyə özümüzə sual ünvanlanmalıdır. Bilirsiniz, bu sual da insana qorxu hissi aşılaya bilər. Biz qəribə və ziddiyyətli varlığıq. Qaranlıqdan qorxa-qorxa ona alışmağı bacarırıq. Bu zaman özümüz üçün yaratdığımız komfort zonasını tərk etmək istəmirik. Ətrafa baxıb başqaları kimi yaşamaq daha asan gəlir, nəinki onu

dəyişmək. Yəni dəyişmək arzusuy ilə yanaşı, konformizmə meyilli bir varlığıq. Həm fərqli olmaq istəyirik, həm də cəmiyyətdən ayrı düşüb, tənha qalmaqdan qorxuruq. Və bütün bunlar təbiidir.

Elirza Penahiyan
Elirza Penahiyan

Çoxları bilmirlər ki, "Allaha eşq" evinə çatmaq üçün ötüb-keçəcəyimiz küçə ilk olaraq Allahın əzəmət hissini qəlbimizə daxil etmək küçəsidir. Onun əzəməti kimin qəlbində yer alsa, həmin şəxsdə ona qarşı eşq və rəğbət yaranar ki, başqalar o haqda yalnız danışarlar.