Robin Sharma
Robin Sharma

Həyatın hər bir anından zövq alaraq...Çünki həyat daimi deyil, çox tezliklə sona çatacaq.Biz nə baş verdiyini dərk etməyə macal tapmamış, torpağın altında olacağıq və yağış damcılarını öz üzümüzdə hiss etmək, ya da öz uşaqlarımızın necə gülüşdüklərinə tamaşa etmək, yaxud da günəşin doğmasına baxmaq kimi təbii hesab etdiyimiz bütün o sadə

zövq və ləzzətlər keçmişdə qalacaq. Sizə bir şey deyəcəyəm: adətən iyirmi, otuz və qırx yaşlarında bizim ən çox dəyər verdiyimiz şeylər həyatımızın sonunda ən az dəyərə malik şeylərə çevrilir. Dərin insani münasibətlər, təsadüfi xeyirxah əməllər, əla fiziki formada olmaq, özümüzü öz işimizdə mükəmməliyə həsr etmək, özümüzdən sonra bir

irs qoyub getmək, daxilimizdəki ən yaxşı şeyin bərq vurması üçün hər gün öz üzərimizdə işləmək üçün vaxt ayırmaq kimi, hal- hazırda bizim aramızda insanların böyük əksəriyyətininən az dəyər verdiyi şeylərin sonunda ən dəyərli olduğu özünü biruzə verəcək. Ölüm yatağında olanda bizlərdən heç kim öz bank hesablarında daha çox pul olmasını, ya

da evinin önündə daha böyük maşınının durmasını arzulamır. Bunun əksinə, biz son nəfəslərimizi çəkərkən arzulayırıq ki, kaş yaşadığımız həyat CƏSARƏT, HƏQİQƏT və SEVGİ dolu olaydı..

Hamide Mehmetkuluzade
Hamide Mehmetkuluzade

“Gün gələcək, həqiqət günəşi doğacaq, əsarətdə qalan Ana-Şərq istiqlal qazanacaq!”

Hikmət Hacızadə
Hikmət Hacızadə

Axı həqiqəti hər şeydən üstün tutmaq lazımdır. Yalanın allahlara mahiyyətcə heç bir faydası yoxdur, adamlara isə yalan müalicə dərmanı kimi faydalı ola bilər. Dediklərimiz düzdürsə, onda bu dərmanı həqiqət həkimlərinin ixtiyarına buraxmaq lazımdır, nadan adamlar isə ona əl vurmamalıdır... (Afinalı Platon)

Yusif Qulami
Yusif Qulami

“Buna görə də həyatda taleyimizi biz özümüz müəyyənləşdiririk. Bizim bügünkü və gələcək həyatımız öz işlərimizdən asılıdır. Bəlkə də, bizim həyatda müşahidə etdiyimiz problem və xoşagəlməz işlərin çoxu bizim həqiqət və gerçəkliklərə yanaşma tərzimizin, başqaları ilə əlaqələrimizin nəticəsidir. Bundan əlavə, onların bəzisi bizim

səhv əməllərimizin nəticəsidir.”

Cavi Dan
Cavi Dan

Bütün dünya yalanla nəfəs alıb-versə belə, varlığımın tam qüvvəsi ilə yola çıxıb həqiqət aramaq istəyirdim.

Günel Anarqızı
Günel Anarqızı

Dünyada yalnız bir həqiqət var,bircə həqiqət: o da qelbin heqiqeti.

Masaru İbuka
Masaru İbuka

Doğuşdan bir həftə sonra çağa güclü səsə və ya gurultuya reaksiya verir. Bir neçe aydan sonra körpə anasının səsini tanıyır, dörd aydan sonra isə öz adını bilir. Əgər uşaq bərk hay-küyə reaksiya vermirsə, belə güman etmək olar ki, onu eşitmə ilə bağlı nəsə problemi var. Uşaq təxminən üç yaşına kimi böyüklərin gündəlik həyatda işlətdiyi

sözlərin bir çoxunu öyrənir, ona görə bu erkən illər-eşitmə ilə bağlı hansısa qüsurları olan balacalara müxtəlif sözləri öyrətməyin ən münasib zamanıdır. Hər şeydən öncə guya onlar onsuz da heç nə eşitmir deyib, uşaqları səsdən izole etməkdən yayınmaq lazımdır. Hətta tamamilə kar uşağın eşitməyə qabil olmaması, həqiqət deyil. Əgər uşaq

daima səsləri dinləsə, onda eşitmə qabiliyyəti inkişaf edəcək.

Dilqəm Əhməd
Dilqəm Əhməd

Mirzə Kazım Bəy böyük sarsıntılar içində dolaşır. Missionerlər dünyada xristianların çok olması ilə bağlı ona rəqəmlər göstərir, xristian dövlətlərinin güclü olmasını, dinlərini yaymaq üçün necə böyük cəfa çəkdiklərini Məhəmmədəlinin beyninə yeridirlər. Məhəmmədəli böyük şübhə içində İncili yenidən oxuyur. MƏN ONU BİR MÜSƏLMAN, BİR

XRİSTİAN KİMİ YOX HƏQİQƏT AXTARAN BİRİ KİMİ OXUYURAM. Nəhayət, Kazım bəy 1823-cü ildə iyulun 11-də xristianlığın presviterian qolunu qəbul edir, Aleksandr adını götürür.