Robin Sharma
Robin Sharma

Həyatın hər bir anından zövq alaraq...Çünki həyat daimi deyil, çox tezliklə sona çatacaq.Biz nə baş verdiyini dərk etməyə macal tapmamış, torpağın altında olacağıq və yağış damcılarını öz üzümüzdə hiss etmək, ya da öz uşaqlarımızın necə gülüşdüklərinə tamaşa etmək, yaxud da günəşin doğmasına baxmaq kimi təbii hesab etdiyimiz bütün o sadə

zövq və ləzzətlər keçmişdə qalacaq. Sizə bir şey deyəcəyəm: adətən iyirmi, otuz və qırx yaşlarında bizim ən çox dəyər verdiyimiz şeylər həyatımızın sonunda ən az dəyərə malik şeylərə çevrilir. Dərin insani münasibətlər, təsadüfi xeyirxah əməllər, əla fiziki formada olmaq, özümüzü öz işimizdə mükəmməliyə həsr etmək, özümüzdən sonra bir

irs qoyub getmək, daxilimizdəki ən yaxşı şeyin bərq vurması üçün hər gün öz üzərimizdə işləmək üçün vaxt ayırmaq kimi, hal- hazırda bizim aramızda insanların böyük əksəriyyətininən az dəyər verdiyi şeylərin sonunda ən dəyərli olduğu özünü biruzə verəcək. Ölüm yatağında olanda bizlərdən heç kim öz bank hesablarında daha çox pul olmasını, ya

da evinin önündə daha böyük maşınının durmasını arzulamır. Bunun əksinə, biz son nəfəslərimizi çəkərkən arzulayırıq ki, kaş yaşadığımız həyat CƏSARƏT, HƏQİQƏT və SEVGİ dolu olaydı..

Leonid Grossman
Leonid Grossman

Apollon Qriqoryev öz tənqidinin sistemini orqanik adlandırırdı. "Şairlərin səsi əslində kütlələrin, xalqların, vilayətlərin səsidir, şairlər böyük həqiqətlərin və həyatın böyük sirlərinin carçılarıdır, zaman daxilində dövr orqanizmləri və məkan daxilində xalqlar - orqanizmləri dərk etməyə xidmət edən söz ustalarıdır."

Adıgözel Memmedov
Adıgözel Memmedov

"Dövlətin birinci adamlarının sızıldamağa və şikayət etməyə ixtiyarları yoxdur. Əgər ağlasalar, bu süni ağlamaq olacaq."

Xaqani Şirvani
Xaqani Şirvani

Dərdimi açmağa bir həm nəfəs yox,
Xoş söhbət etməyə yaxın bir kəs yox,
Möhnətlə sinəsi dağlı qalmışam,
Qüssə də ayağı bağlı qalmışam.

Həmid Herisçi
Həmid Herisçi

Hə .... solaxasansa ,taleyin digər hədiyyəsini də qəbul etməyə hazırlaş - gizli məlumatlar, bir də gördün öz özünə kənar müdaxilələr olmadan , özü gəlib səsləndi qulaqında " bəs ikinci mərtəbədəki oxşarınla sənin aranda bicə mühüm fərq var. Solaxay deyil, sağəllidir o . Sağəllilər isə, bil ,Allah lütfündən məhrumdurlar , sən dözənə o

tablamaz"..

Tixomir Dimitrov
Tixomir Dimitrov

"Biz müxtəlif dillərdə çox sayda kitabların olduğu nəhəng bir kitabxanaya düşmüş uşağa bənzayirik. Uşaq bu kitabları kiminsə yazdığını bilir, amma onların necə ya zıldığını bilmir. O, həmin kitabların yazıldığı dilləri başa düşmür. Uşaq kitabların düzülüşündə hansısa mistik ardıcıllığın olduğunu dumanli şəkildə ehtimal edir, amma bu

ardıcıllığın nədən ibarət olduğunu bilmir.
Mənə elə gəlir ki, hətta ən müdrik insan da Tanrı qarşısında məhz belə görünür. Biz kainatın heyrətamiz şəkildə qurulduğunu və müəyyən qanunlara tabe olduğunu gö rürük, amma bu qanunları çətinliklə başa düşürük. Bizim məhdud aqlimiz bürcləri hərəkətə gətirən sirli qüvvəni dərk etməyə qadir

deyil"

Mirəsgər Muradlı
Mirəsgər Muradlı

❝Güvən duyğusunu birdəfə itirdinmi,ondan sonrası daima şübhədir. İnsan bir dəfə aldadıldıqdan sonra, gerçəklərdən belə şübhə etməyə başlayar. Həyatına girən hər kəsə şübhə ilə yanaşar və əsla, tam şəkildə güvənə bilməz. Nə fırtınalara sinə gərmiş sevgilər vardır ki, bir şübhə uğuruna məhv olub çox zaman. Boş yerə deməyiblər, ağacı

qurd, insanı isə şübhə öldürər. Şübhə, eynilə, qızdırmalı uşağa bənzəyər. nə yatar, nə də yatmağa qoyar. Yatdığında isə kabuslar gördürər. Girdiyi qəlbi elə zəhərləyər ki, o qəlbdə nə dinclik qalar, nə də ki sevgi.❞

Hüseyn Nuri Həmədani
Hüseyn Nuri Həmədani

“...Belə ki, İslam maarifi və şəriət məsələlərindən danışmaq və öyrətmək üçün elmi və əxlaqi potensialı olan qadınlar işi görməli və İslam təlimlərinin yayılması istiqamətində belə yığıncaqlar təşkil etməyə çalışmalıdırlar.”

Nicat Kazımov
Nicat Kazımov

Yox, mən aşiq olmuşdum, İllanı sevirdim. Ancaq bunu etirqf etməyə cəsarətim yox idi. Həm də qorxurdum ki, hisslərimiz qarşılıqlı olsun.

Qılman İlkin
Qılman İlkin

Türk qoşunlarının Bakıda qısa müddət qalmalarına baxmayaraq bakılılar bazi sözləri türklər kimi tələffüz etməyə alışmışdılar. Belə bir təbir o zamandan indiyədək davam edib gəlmişdir. Məsələn, türklər "verdim" sözünü həmişə "vərdim" kimi tələffüz etdikləri kimi bakılılar da bəzən indiyədək "verdim" sözünü "vərdim" kimi tələffüz edirlər.

"Verdim" sözünün bu cür tələffüz edilməsinə Azərbaycanın heç bir rayonunda təsadüf edilmir...
... Yuxarıda dediyimiz kimi bakılıların danışığına farsların daha böyük təsiri olmuşdur. Bir qayda olaraq, bakılılar O səsini farslar kimi U kimi tələffüz edirlər. Məsələn: "Onun üçün" əvəzinə "unun üçün", "Onun yanına getdim" əvəzinə "unun yanına

getdim" kimi deyərək O səsini U səsi ilə əvəz edirlər...
... Bakılılar bazi sözlərdə A səsini O kimi tələffüz edirlər. Xüsusilə Abşeronun cənub kəndlərində bu daha çox inkişaf tapıb. Məsələn, bacı əvəzinə boci, daban əvəzinə doban, baş əvəzinə boş deyirlər. Eyni şeyi Ə səsi ilə E səsinin də dolaşıq salınmasında görürük. Məsələn,

"geriyə döndüm" əvəzinə "gəriyə döndüm", "gen pencək" əvəzinə "gən pəncək", "belə-belə işlər" avazinə "bələ-bələ işlər" deyirlər.